"Paramount" Kaliforniya məhkəmə davasını həll etmək üçün CNN-in satışını istisna etmir

08:00 - 13.08.2026


13 avqust, Fineko/abc.az. "Paramount Skydance" şirkətinin baş hüquq direktoru Məkan Delrahim (Makan Delrahim) bildirib ki, şirkət "Warner Bros. Discovery" (WBD) ilə nəzərdə tutulan 110 milyard dollarlıq birləşmə sövdələşməsinə dair Kaliforniya ştatının qaldırdığı antiinhisar iddiasını tənzimləmək üçün CNN xəbər kanalının satışı daxil olmaqla bütün variantları nəzərdən keçirir. O, həmçinin şirkətin mənzil-qərargahının Kaliforniyadan köçürülməsi imkanını da istisna etməyib.

Sövdələşmə ABŞ-ın federal tənzimləyici qurumları, Böyük Britaniya və Çindən icazə alsa da, Kaliforniyanın Baş prokuroru Rob Bonta və 11 ştatın prokurorları birləşmənin media bazarında inhisarçılıq yaradacağını iddia edərək prosesi bloklamağa çalışırlar.

Bu məhkəmə iddiası "Paramount" üçün sövdələşmə yolundakı sonuncu əsas maneə hesab olunur.