SOCAR dövlətə 3,8 milyard manat ödəyib — Son 5 ildə ödənişlər 15,9 milyard manata çatıb

14:50 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Ölkənin ən iri vergi ödəyicisi və işəgötürəni olan SOCAR 2025-ci il ərzində dövlət büdcəsinə və sosial sahəyə töhfələrini davam etdirib.

Şirkət tərəfindən 2025-ci ildə dövlətə dividendlər, vergilər, sosial xərclər və digər ayırmalar şəklində cəmi 3,8 milyard manat ödəniş olunub.

2021–2025-ci illər üzrə 5 illik yekun:

  • Dövlətə olunan ümumi ödənişlər: 2021-2025-ci illər ərzində cəmi 15,9 milyard manat (dividendlər, vergilər və sosial xərclər);

  • Dövlət tərəfindən SOCAR-a yatırılan vəsait: Eyni 5 illik dövrdə dövlət tərəfindən şirkətə cəmi 1,6 milyard manat vəsait yatırılıb.