22:35 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Zəif qlobal tələbat və ABŞ-da xam neft ehtiyatlarının kəskin artması fonunda seansın başında 3,5%-dən çox ucuzlaşan neft qiymətləri, Yəmən husilərinin "Saudi Aramco" zavoduna dron zərbəsi endirməsi xəbərindən sonra itkilərini 1%-dən aşağı endirib.
"Saba" agentliyinin məlumatına görə, husilər Cizandakı "Aramco" neft emalı zavoduna iki PUA ilə hücum edib. Səudiyyə Ərəbistanı hadisəyə dərhal münasibət bildirməyib. Hücum xəbəri dizel spredlərini rekord həddə çatdırıb. Bir qədər əvvəl isə IEA və OPEC 2026-cı il üçün neft tələbatı proqnozlarını aşağı salmışdı.
Qiymətlər:
Brent: 0,74 dollar (0,8%) ucuzlaşaraq 88,24 $/barrel;
WTI: 0,77 dollar (0,8%) ucuzlaşaraq 82,56 $/barrel olub.
EIA-nın son hesabatına görə, ixracın azalması səbəbindən ABŞ-ın kommersiya neft ehtiyatları 17,4 milyon barrel artaraq 424,4 milyon barrelə çatıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026