"Azeri Light" nefti ucuzlaşaraq 93,97 dollara düşüb

10:24 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,53 dollar və ya 1,6% azalaraq 93,97 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Məlumat üçün: "Azeri Light" neftinin tarixi minimal qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.