ABŞ-da benzinin qiyməti mövsümi rekorda çatdı — Qallonun qiyməti 4 dolları ötdü

15:31 - 14.08.2026


14 avqust, Fineko/abc.az. ABŞ-da benzinin orta qiyməti ilin bu dövrü üçün bütün müşahidələr tarixinin ən yüksək səviyyəsinə çatıb.

Məlumata görə, ölkə üzrə benzinin orta satış qiyməti 1 qallon üçün 4,05 dollara yüksəlib. Tarixdə ilk dəfədir ki, avqustun 12-dən sonra qiymətlər 4 dollar həddindən yuxarı qalmaqda davam edir.

Qeyd edək ki, ABŞ-da benzin üçün mütləq qiymət rekordu 2022-ci il iyunun 14-də, sabiq prezident Co Baydenin rəhbərliyi dövründə qeydə alınıb və 1 qallon üçün 5,01 dollar təşkil edib.