12:05 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan Avropaya elektrik enerjisinin nəqli üçün yeni quru dəhlizinin yaradılması istiqamətində danışıqlar aparır.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladzenin sözlərinə görə, layihə maraqlı ölkələrdən, ilk növbədə qonşu dövlətlərdən elektrik enerjisinin Gürcüstan ərazisindən keçməklə Avropa bazarına tədarükünə imkan verəcək.
Təşəbbüs Gürcüstan üçün də iqtisadi baxımdan əhəmiyyətlidir: ölkə təkcə tranzit rolu oynamayacaq, həm də özünün istehsal etdiyi elektrik enerjisini ixrac edərək yerli biznesin və enerji sektorunun inkişafına töhfə verəcək.
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026