Azərbaycan “Aİ-92” benzininin ixracını 2 dəfədən çox artırıb — Ermənistan da alıcılar arasındadır

17:12 - 13.08.2026


13 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan 4,36 milyon ABŞ dolları dəyərində 5 min 365 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

Dövlət Statistika Komitəsinin göstəricilərinə əsasən, bu, ötən ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 dəfə, həcm olaraq isə 72% çoxdur.

Hesabat dövründə xaricə satılan "Aİ-92" benzininin əsas hissəsi Gürcüstanın payına düşüb — bu ölkəyə 2,77 milyon dollar dəyərində (+3,4 dəfə) 3 min 414 ton (+3 dəfə) yanacaq ötürülüb. İxracın qalan hissəsi isə Ermənistana reallaşdırılıb — 1,59 milyon dollar dəyərində 1 min 951 ton (ötən il tədarük olunmayıb).

Eyni zamanda, ilk 6 ayda Azərbaycan yalnız Rusiyadan "Aİ-92" benzini idxal edib. Bu ölkədən 2,56 milyon dollar dəyərində 3 min 414 ton benzin alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə həm dəyər, həm də kəmiyyət ifadəsində 96%-lik kəskin azalma deməkdir.