14:53 - 14.08.2026
14 avqust, Fineko/abc.az. SOCAR 2025-ci ildə xaricdə və ölkə daxilində strateji əhəmiyyətli investisiya və biznes əməliyyatlarını həyata keçirməklə beynəlxalq aktivlər portfelini genişləndirib.
Şirkət enerji dəyər zəncirində mövqeyini daha da möhkəmləndirmək məqsədilə bir sıran mühüm sövdələşmələrə imza atıb.
2025-ci ilin əsas strateji əməliyyatları:
"Bahar" və "Qum-Dəniz" yataqları: Yataqlarda 80 faiz pay satın alınıb;
"Tamar" qaz yatağı: İsrailin Aralıq dənizi hövzəsində yerləşən nəhəng yatağında 10 faiz effektiv iştirak payı əldə edilib;
Türkiyə bazarı: Yeni neft-kimya və enerji layihələrinin inkişafı, həmçinin rəqəmsal infrastruktur və petrokimya sahələrinə strateji investisiyalar qoyulub;
Qaz ixracı: Qaz ixrac coğrafiyası və beynəlxalq tərəfdaşlıqlar daha da genişləndirilib.
12 Avqust 2026