14:47 - 14.08.2026
14 avqust, Fineko/abc.az. 2025-ci il ərzində qlobal enerji bazarlarında yaşanan geosiyasi qeyri-müəyyənliklərə və təbii qaza artan tələbə baxmayaraq, SOCAR il üzrə maliyyə nəticələrini açıqlayıb.
Şirkətin 2025-ci ildə gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat olub. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, həmçinin təbii qazın satışından formalılaşıb.
Əsas maliyyə göstəriciləri:
Əməliyyat mənfəəti: Əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manat;
Xalis mənfəət: Təxminən 3 milyard manat;
EBITDA (Vergi və amortizasiyadankənar mənfəət): 2024-cü illə müqayisədə 26% artaraq 10,9 milyard manat;
Əməliyyat pul vəsaitlərinin hərəkəti: 136% artım göstərib.
13 Avqust 2026
12 Avqust 2026