11:10 - 14.08.2026
14 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin tabeliyində olan İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəki Sumqayıt Sənaye Parkına yeni rezident qəbul edilib. "Bimbo QSR Azərbaycan" MMC-yə parkın rezidenti statusu verilib.
Layihə üzrə əsas göstəricilər:
İnvestisiya həcmi: 27,5 milyon manat;
İstehsal yönümü: Burger və hot-doq üçün bulka istehsalı;
İllik istehsal gücü: 150 milyon ədəd;
Yeni iş yerləri: 100-dən çox.
İstehsal prosesində tam olaraq yerli xammaldan istifadə ediləcək. Hazırlanacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, region ölkələrinə ixrac olunması da planlaşdırılır.
13 Avqust 2026
13 Avqust 2026