14:33 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 38,9 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% çoxdur.
Sənayenin emal sektorunda istehsal olunan məhsul və göstərilən xidmətlərin həcmi 2,7% artaraq 12 milyard 943,8 milyon manat təşkil edib.
Emal sənayesində ən yüksək artım göstərən sahələr:
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı: +88,4%
Əczaçılıq məhsullarının istehsalı: +53,9%
Toxuculuq sənayesi: +35,9%
Tütün məmulatlarının istehsalı: +18,4%
Kağız və karton istehsalı: +12,5%
Qida məhsullarının istehsalı: +9,6%
Metallurgiya sənayesi: +9,5%
Maşın və avadanlıqların quraşdırılması/təmiri: +8,5%
Dəri və dəri məmulatları, ayaqqabı istehsalı: +8,3%
Elektrik avadanlıqlarının istehsalı: +7,6%
Tikinti materiallarının istehsalı: +7,3%
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026