Azərbaycanda ÜDM istehsalı 1,4% artaraq 76,8 milyard manata çatıb

14:28 - 12.08.2026


12 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manat məbləğində Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur. Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0,6% azalsa da, qeyri neft-qaz sektorunda 2,2% artım qeydə alınıb.

ÜDM istehsalının sahələr üzrə strukturu:

  • Sənaye: 34,5%

  • Ticarət və nəqliyyat vasitələrinin təmiri: 10,5%

  • Nəqliyyat və anbar təsərrüfatı: 7,3%

  • Kənd, meşə və balıqçılıq təsərrüfatı: 6,2%

  • Tikinti: 5,0%

  • Turistlərin yerləşdirilməsi və ictimai iaşə: 2,9%

  • İnformasiya və rabitə: 2,0%

  • Digər sahələr: 21,9%

  • Məhsula və idxala xalis vergilər: 9,7%

Artım dinamikasına görə ən yüksək göstərici 10,4% artımla informasiya və rabitə, eləcə də 7,1% artımla nəqliyyat və anbar təsərrüfatı sahələrində müşahidə olunub. Tikinti sektorunda isə 9,4% azalma qeydə alınıb.