17:23 - 13.08.2026
13 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,1% artaraq 90,4 milyon ABŞ dolları təşkil edib.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ticarətin strukturu aşağıdakı kimi olub:
İxrac: 7,5 milyon dollar (+0,1%)
İdxal: 82,9 milyon dollar (+34,9%)
Mənfi saldo: 75,4 milyon dollar (illik müqayisədə ~40% artım)
Bundan başqa, hesabat dövründə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1,2% artaraq 869,6 milyon manata çatıb. Əhali ticarət şəbəkələrindən 447,8 milyon manatlıq ərzaq, içki və tütün məmulatları, 421,8 milyon manatlıq isə qeyri-qida məhsulları əldə edib.
13 Avqust 2026
13 Avqust 2026