Naxçıvanda vergi daxilolmaları 146 milyon manata çatıb

12:15 - 11.08.2026


11 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 146 milyon manat vergi daxil olub. Bu göstərici ötən ilin eyni dönəmi ilə müqayisədə 3,8% çoxdur.

Hesabat dövründə muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar illik müqayisədə 9,5% artaraq 104,4 milyon manat təşkil edib.

Ötən 7 ayda Naxçıvanda işsizlikdən sığorta haqları üzrə yığılan vəsaitin həcmi isə 4,5% artımla 2,8 milyon manata yüksəlib.