İran Hörmüz boğazında tam nəzarəti özündə saxladığını bəyan edib

21:46 - 13.08.2026


13 avqust, Fineko/abc.az. İranda müharibənin əlaqələndirilməsini həyata keçirən ən ali hərbi qurum olan "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari bəyan edib ki, Tehranın icazəsi və nəzarəti olmadan heç bir gəmi Hörmüz boğazından keçə bilməz.

Videoaçıqlama ilə çıxış edən İ.Zülfiqari ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduqları barədə iddiasını təkzib edərək, bunu Amerika ordusunun "çarəsizliyi" kimi qiymətləndirib. İranlı sözçü Boğazın tamamilə İranın idarəçiliyi altında olduğunu və icazəsiz heç bir ticarət gəmisi və ya tankerin təhlükəsiz keçidinə imkan verilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana hücumları ilə başlayan müharibədən əvvəl Hörmüz boğazından gündəlik təxminən 140 gəmi keçdiyi halda, "Kpler" analitik agentliyinin məlumatına görə, dünən boğazdan cəmi 5 gəmi istifadə edib.