17:34 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Məlumatlı mənbələrin verdiyi məlumata görə, bu ilin iyun ayında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə gündəlik neft ixracı orta hesabla 547 min barel təşkil edib.
Bu göstərici cari ilin may ayı ilə müqayisədə 10% və ya gündəlik 48 min barel çoxdur. Bununla belə, öten ilin iyun ayı ilə müqayisədə BTC ilə neft nəqli 5% və ya gündəlik 31 min barel azalıb.
BTC boru kəmərinin əsas texniki göstəriciləri:
Açılış tarixi: Boru kəmərinin rəsmi açılışı 13 iyul 2006-cı ildə baş tutub.
Ümumi uzunluğu: Kəmərin ümumi uzunluğu 1 768 kilometrdir.
Marşrut üzrə bölgü: Boru kəmərinin 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1 076 km-i isə Türkiyə ərazisindən keçir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026