ABŞ-da 30 illik istiqrazların gəlirliliyi son 25 ilin rekordunu vurub — 5,21%-i keçdi

11:45 - 14.08.2026


14 avqust, Fineko/abc.az. ABŞ hökuməti 30 illik dövlət istiqrazlarını dörddəbir əsrin ən yüksək faiz dərəcəsi ilə dövriyyəyə buraxıb. Bu addım ölkənin artan büdcə kəsirini maliyyələşdirmək üçün investorların daha yüksək gəlirlilik tələb etdiyini nümayiş etdirir.

Cüməşənbə günü keçirilən 25 milyard dollarlıq hərracda gəlirlilik 5,216% təşkil edərək 2001-ci ildən bəri ən yüksək həddə çatıb. Bu Hərrac ABŞ Xəzinədarlığının bir gün əvvəl keçirdiyi və 10 illik istiqrazlar üzrə 2007-ci ildən bu yana ən yüksək maliyyələşmə xərcinin qeydə alındığı hərracın ardınca baş tutub.

İllərdir yüksək səviyyədə qalan inflyasiya və dövlət xərclərindən sonra hökumətin borclanma xərclərinin artması ümumi iqtisadiyyata təzyiq göstərməkdə davam edir. Bazarlarda büdcə kəsirlərinin yüksək qalması, inflyasiya qeyri-müəyyənliyi və Federal Ehtiyat Sisteminin (FED) artıq iri alıcı kimi çıxış etməməsi investorların risk qarşılığında daha yüksək faiz tələb etməsinə gətirib çıxarır. Ekspertlər bildirirlər ki, bu meyl davam edərsə, uzunmüddətli istiqraz gəlirlilikləri 5% həddindən daha da yuxarı yüksələ bilər.