10:50 - 12.08.2026
12 avqust, Fineko/abc.az. Yerləşdiyimiz bölgədə bizdən başqa bu qədər enerji ilə, istər neft-qaz, istər elektrik enerjisi ilə təmin olunan ikinci ölkə yoxdur.
Bunu Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan qonşu ölkələrə ixrac imkanlarını genişləndirməklə yanaşı, Avropa bazarına da elektrik enerjisi ilə çıxmağı hədəfləyir.
Prezident vurğulayıb ki, ölkəmiz artıq Avropaya neft və təbiət qazı tədarük edir, lakin növbəti əsas məqsəd bu qitəyə elektrik enerjisinin də eksportunu təmin etməkdir.
10 Avqust 2026