15:42 - 25.06.2026
25 iyun, Fineko/abc.az. "Bloomberg News" agentliyinin yaydığı məlumata görə, İraqın yüksəksəviyyəli rəsmi rəsmisi bəyan edib ki, Petrol İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkəyə daha yüksək neft hasilatı kvotası ayırmayacağı təqdirdə, Bağdad gələcəkdə təşkilatdan ayrılmaq variantını nəzərdən keçirə bilər.
ABC.AZ xəbər verir ki, iraqlı rəsmi Bağdadın İranla müharibə dövründə itirilmiş neft satışlarından dəyən maliyyə zərərini kompensasiya etmək üçün daxili hasilat həcmlərini artırmağa ehtiyacı olduğunu vurğulayıb. Lakin rəsmi mənbə İraqın hələlik təşkilatda qalmağa davam edəcəyini qeyd edib. Bildirilib ki, hasilat məhdudiyyətləri ilə bağlı alyansın lideri Səudiyyə Ərəbistanı ilə illərdir gərginlik yaşayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) artıq OPEC-dən ayrılmaq barədə qərar qəbul edib.