Bankların aktivləri 60 milyard manata çatıb

10:31 - 25.06.2026


25 iyun, Fineko/abc.az. 2026-cı ilin may ayının sonuna Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 59.18 mlrd. manata yüksəlib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. May ərzində bank sektorunun aktivləri 3.2%, öhdəlikləri isə 3.9% artıb.

Mayın 31-nə bank sektorunun cəmi öhdəlikləri 51.61 mlrd. manat, balans kapitalı isə 7.57 mlrd. manat təşkil edib. Hesabat dövründə bankların balans kapitalı 1.2% azalıb.

Yanvar-may aylarında banklar 557.1 mln. manat xalis mənfəət əldə edib. Bu 2025-ci ilin eyni dövründə 430.7 mln. manat idi. Eyni dövrdə sektorun əməliyyat mənfəəti 837.5 mln. manat, ödənilmiş mənfəət vergisi isə 134.7 mln. manat təşkil edib.