12:37 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan ilin üçüncü İnflyasiya Hesabatını təqdim edib.
Yenilənmiş proqnozlara əsasən, 2026-cı ilin sonu üzrə inflyasiya gözləntisi 26%-dən 28%-ə, ərzaq inflyasiyası proqnozu isə 26,3%-dən 28,5%-ə yüksəldilib. 2027-ci il üçün inflyasiya proqnozu dəyişməyərək 15% səviyyəsində saxlanılıb.
Fatih Karahan bildirib ki, son aylarda inflyasiyanın səngimə sürəti yavaşısa da, xidmət sektorunda dezenflyasiya davam edir və daxili tələb şəraiti inflyasiyanı azaldıcı istiqamətdə qalmaqdadır.
Eyni zamanda, FED-in yönləndirməni dayandırması fonunda qlobal qeyri-müəyyənlik artsa da, Türkiyənin risk primi və valyuta məzənnəsinin sabitliyində nəzərəçarpan yaxşılaşma qeydə alınıb.
11 Avqust 2026