15:24 - 14.08.2026
14 avqust, Fineko/abc.az. İran BRICS ölkələri tərəfindən təsis edilmiş Yeni İnkişaf Bankına (YİB) üzv olmağı planlaşdırır.
Bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemmati bəyan edib.
Xatırladaq ki, Yeni İnkişaf Bankı 2015-ci ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası tərəfindən yaradılıb. Şanxayda baş qərargahı yerləşən və 100 milyard dollar nizamnamə kapitalı olan bankın əsas vəzifələrinə BRICS çərçivəsində, eləcə də digər inkişaf etməkdə olan dövlətlərdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirmək daxildir.
12 Avqust 2026