Dövlət Agentliyi auditor axtarır

16:29 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2026, 2027 və 2028-ci illər üzrə maliyyə hesabatlarının müstəqil auditi xidmətlərinin satınalınması məqsədilə açıq tender elan edib.

Dövlət satınalmaları portalının (etender.gov.az) məlumatına görə, müqavilədə iştirak haqqı 350 manat təşkil edir. İddiaçılar öz təkliflərini 3 sentyabr 2026-cı il tarixinə qədər Agentliyə təqdim edə bilərlər.

Tender təkliflərinə sentyabrın 3-də, saat 17:00-da baxılacaq.