15:30 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatına görə, 2026-cı ilin iyun ayında cari əməliyyatlar hesabı 4 milyard 194 milyon dollar kəsir verib.
Qızıl və enerji amili çıxılmaqla cari balans 1 milyard 462 milyon dollar müsbət saldo göstərib. İllik cari kəsir isə 38,9 milyard dollar təşkil edib.
İyunda xidmətlər balansı üzrə xalis daxilolmalar 6 milyard 851 milyon dollar olub (turizm gəlirləri $4,85 mlrd., daşıma xidmətləri $2,59 mlrd.). Portfel investisiyalarında 2 milyard 537 milyon dollar xalis daxilolma qeydə alınıb, Mərkəzi Bankın rəsmi ehtiyatları isə ay ərzində 1 milyard 39 milyon dollar artıb.
Xarici daşınmaz əmlak alqı-satqısında qeyri-rezidentlər Türkiyədə 297 milyon dollar, Türkiyə rezidentləri isə xaricdə 248 milyon dollar həcmində əmlak əldə ediblər.
13 Avqust 2026
12 Avqust 2026