09:20 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) gələn ay uçot dərəcəsini sonuncu dəfə artırmağa hazırlaşır. Yüksək enerji qiymətlərinin inflyasiyanı AMB-nin 2%-lik hədəfindən daha da uzaqlaşdırması fonunda bankın sentyabrda faiz artımına gedəcəyi və pul-kredit siyasətini ən azı 2027-ci ilin ortalarınadək dəyişməz saxlayacağı gözlənilir.
"Reuters" tərəfindən keçirilən sorğuda iştirak edən 69 analitikdən 57-si (83%-i) AMB-nin sentyabr iclasında depozit dərəcəsini 0,25 faiz bəndi artıraraq 2,50%-ə yüksəldəcəyini proqnozlaşdırıb. ABŞ və İran arasında altı aydır davam edən münaqişə neft qiymətlərini müharibədən əvvəlki səviyyədən 25% baha saxlayıb ki, bu da Avrozonada inflyasiyanın ötən ay 2,9%-ə yüksəlməsinə səbəb olub.
Gözlənilən bu faiz artımı baş tutarsa, bu, AMB-nin 2011-ci ildən bəri həyata keçirdiyi ən qısamüddətli sərtləşdirmə dövrü olacaq. İqtisadçılar Avrozonanın 2026-cı il üçün ümumi daxili məhsul (ÜDM) artımı proqnozunu 0,5%-dən 0,8%-ə yüksəldiblər.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026