10:15 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Cümə günü investorların mənfəəti reallaşdırmağa (satışa) yönəlməsi səbəbindən qızılın qiymətində ucuzlaşma müşahid olunub. Nəticədə qiymətli metal həftəni zərərlə başa vurmağa hazırlaşır.
Cüməşənbə günü iyunun 5-dən bəri ən yüksək səviyyəyə çatdıqdan sonra günü 1,3% düşüşlə bağlayan qızıl, cümə günü də enişini davam etdirib.
Birja göstəriciləri:
Spot qızıl: 0,5% ucuzlaşaraq 4 326,75 dollar/ons;
ABŞ-ın dekabr fyuçersləri: təxminən 1% dəyər itirərək 4 382,50 dollar/ons təşkil edib.
Qızılın qiymətinə ABŞ-da inflyasiyanın səngiməsi və kənd təsərrüfatından kənar məşğulluq göstəricilərinin düşməsi dəstək verib. Bu amillər ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasında faiz artırmaq ehtimalını 55%-dən 35%-ə endirib. Analitiklər bildirirlər ki, yaxın vaxtlarda güclü katalizatorun olmaması bəzi spekulyativ investorları mənfəəti götürməyə sövq edib. Qiymətin 4 400 dollar həddini keçəcəyi təqdirdə ilin sonunadək 5 000 dollar səviyyəsinin mümkün olacağı proqnozlaşdırılır.
Digər qiymətli metallar:
Gümüş: 0,4% ucuzlaşaraq 64,17 dollar/ons;
Platin: 0,3% geriləyərək 1 711,84 dollar/ons;
Palladium: 1 306,98 dollar/ons səviyyəsində sabit qalıb.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026