Azərbaycanın qızıl ixracı 25 dəfədən çox artıb — 3,6 milyard dolları keçib

17:15 - 13.08.2026


13 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan 3 milyard 670 milyon 632 min ABŞ dolları dəyərində 24 min 231,8 kiloqram qızıl ixrac edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 25,5 dəfə, kəmiyyət olaraq isə 12,4 dəfə çoxdur.

İxracın aslan payı Böyük Britaniyanın payına düşüb — bu ölkəyə 3 milyard 468 milyon 462 min dollar dəyərində 21 min 902 kq qızıl satılıb. İsveçrəyə isə 202 milyon 169 min dollar dəyərində (+40,4%) 2 min 329,8 kq (+18,9%) məhsul göndərilib. (Müqayisə üçün: 2025-ci ildə Azərbaycan qızıl ixracını yalnız İsveçrəyə həyata keçirmişdi).

Eyni zamanda, hesabat dövründə ölkəyə qızıl idxalı kəskin azalıb. Azərbaycan xaricdən 15 milyon 270 min dollar dəyərində (-99,5%) cəmi 91,5 kq (-99,7%) qızıl gətirib. İdxal əsasən Türkiyə (12,4 mln. dollar / 72,4 kq), İsveçrə (2,78 mln. dollar / 19 kq) və BƏƏ-dən (80 min dollar / 0,1 kq) reallaşdırılıb.