Dünya bazarında "Azeri Light" nefti ucuzlaşıb

09:58 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Dünya bazarında Azərbaycanın "Azeri Light" (Səngəçal terminalından çıxarılan yüngül neft) markalı xam neftinin qiyməti geriləyib.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,67 dollar (0,83%) azalaraq 79,76 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar/barrel), tarixi maksimum qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar/barrel) qeydə alınıb.