15:57 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsinə təxminən 12 milyard ABŞ dolları maliyyə vəsaiti yatırıb.
ABC.AZ xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, Fond bir çox strateji əhəmiyyətli sosial infrastruktur, enerji və təhsil layihələrin maliyyələşdirilməsini həyata keçirib:
"Bu layihələrin ümumi həcmi təxminən 12 milyard dollar olub. Bu fəaliyyət istiqamətləri nəticəsində ARDNF qeyri-neft sektorunun inkişafında və maliyyə suverenliyinin möhkəmləndirməsində əhəmiyyətli rol oynayıb".
O qeyd edib ki, bütün bunlarla yanaşı, Fond qlobal miqyasda səmərəli idarəetmə aparan peşəkar investor kimi formalaşıb:
"ARDNF-nin investisiya portfeli 60-dan çox ölkəni və minllərlə investisiyalarda payı olan vəsaitləri əhatə edir. Hazırda fondun vəsaitləri, demək olar, bütün mümkün müxtəlif aktiv siniflərinə - istiqrazlara, səhmlərə, daşınmaz əmlaka, qızıla və alternativ investisiyalara balanslı şəkildə yönəldilib". © Report
12 Avqust 2026