10:36 - 24.09.2025
24 sentyabr, Fineko/abc.az. Qazaxıstan Milli Bankı tenge ilə nominasiya olunmuş ilk steyblkoini istifadəyə verib.
ABC.AZ xəbər verir ki, o, Evo (ingilis dilində evolution sözündən) adlanır və milli valyutaya 1:1 nisbətində bağlıdır.
Qurumun rəhbəri Timur Süleymenovun sözlərinə görə, buraxılış Milli Bankın tənzimləyici “qum qutusu” çərçivəsində həyata keçirilib. Bununla belə, Qazaxıstanda steybkoinlərlə mallar və xidmətlər üçün ödəniş etmək mümkün deyil.
12 Avqust 2026