11:33 - 16.09.2025
16 sentyabr, Fineko/abc.az. 2026-cı ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır.
Bu barədə ABC.AZ, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sına istinadla xəbər verir .
Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.
12 Avqust 2026