16:08 - 13.08.2025
13 avqust, Fineko/abc.az. İyul proqnozlarına əsasən 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, iyul proqnozuna görə inflyasiya 2025-ci ildə 5.7% təşkil edəcək.
Bildirilib ki, 2025-ci ilin illik inflyasiya proqnozuna dövlət istehlakı 0.50 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.26 faiz bəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri (KİQİ) 3.17 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.78 faiz bəndi artırıcı təsir edəcək. NEM-in -0.70 faiz bəndi və digər amillərin -1.31 faiz bəndi azaldıcı töhfəsi gözlənilir.
Qeyd edilib ki, iyul proqnozuna əsasən 2026-cı ilə inflyasiyanın 5.3% təşkil edəcəyi gözlənilir.
"2026-cı ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.35 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.28 faiz bəndi, KİQİ 2.23 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 1.92 faiz bəndi və digər amillər 1.80 faiz bəndi artırıcı, NEM isə -2.27 faiz bəndi azaldıcı təsir edəcək. Proqnozların reallaşması bir sıra xarici və daxili amillərin dəyişimindən asılı olacaq", - məlumatda vurğulanıb.
12 Avqust 2026