AMB 3 kredit ittifaqına icrası məcburi göstəriş verib

15:46 - 8.08.2025


8 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı( AMB) “Hacıoğlu Kredit İttifaqı”, “Stimul” Kredit İttifaqı və “İnci Kredo” Kredit İttifaqı MMC-lərə icrası məcburi göstəriş verib.

ABC.AZ  AMB-yə istinadən xəbər verir ki , “Stimul” Kredit İttifaqı, “Hacıoğlu Kredit İttifaqı” və “İnci Kredo” Kredit İttifaqı tərəfindən 2025-ci ilin II rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kredit ittifaqlarına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.