Rusiya ilə pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur - AMB-nin departament rəhbəri

12:28 - 23.07.2025


23 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin idxal-ixrac əməliyyatlarına təsirini nəzarətdə saxlayır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankda faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında tənzimləyici qurumun İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

Rusiyanın qeyri-neft-qaz sektoru üzrə əsas ticarət tərəfdaşlarımızdan olduğunu deyən sədr bildirib ki, hazırda bu sahədə kəskin dəyişiklik görmürük.

AMB-nin Statistika departamentinin direktoru Samir Nəsirov isə deyib ki, dövlətlərarası gərginliklə bağlı həm idxal-ixracda, həm də pul köçürmələrində əhəmiyyəli dəyişiklik yoxdur.

Müəllif: Elmir Murad