Son 4 ayda Azərbaycandan Avropaya nə qədər qaz nəql edilib?

10:30 - 13.05.2025


13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında qaz ixracının həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Yanvar-aprel aylarında təxminən Avropaya 4 mlrd.m3, Türkiyəyə 3,1 mlrd.m3, Gürcüstana isə 0,9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,9 mlrd.m3 qaz nəql edilib", - nazir qeyd edib.

P.Şahbazov hasilat həcmlərini də açıqlayıb.

"Yanvar-aprel aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 9,1 mln. ton, ixraca nəql edilən həcmlər isə 7,8 mln. ton olub. Bu dövrdə 16,7 mlrd.m3 qaz hasil edilib. 8 mlrd.m3 qaz isə ixrac olunub", - deyə o bildirib.