15:17 - 10.04.2025
10 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondu (IMF) tədricən neftin qiymətinin azalacağını proqnozlaşdıran açıqlama edib.
ABC.AZ xəbər verir ki, təbii qaza gəlincə, IMF-in hesablamalarına görə, 2025-ci ildə onun qiyməti 1000 kubmetr üçün 517,4 ABŞ dolları təşkil edəcək. Daha sonra davamlı azalma gözlənilir: 2026-cı ildə – 424,7 ABŞ dolları, 2027-ci ildə – 342,2 ABŞ dolları, 2028-ci və 2029-cu illərdə isə 290,2 ABŞ dolları.
IMF-in məlumatına görə, 2024-cü ildə bir barel neftin orta qiyməti 81,2 ABŞ dolları, 1000 kubmetr təbii qazın qiyməti isə 389 ABŞ dolları təşkil edib.
Aprel ayının əvvəlindən “Brent” markalı neft təxminən 20 % ucuzlaşıb və bir barel üçün 60 ABŞ dolları səviyyəsindən aşağı düşüb.
12 Avqust 2026