Neft bir gün əvvəl artdıqdan sonra ucuzlaşır, Brent bir barelə $76,31 təşkil edir

09:45 - 21.02.2025


21 fevral, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə orta artımdan sonra cümə günü hərracda düşür.

Brent markalı neftin aprel ayı üçün ICE Futures birjasında qiyməti saat 09:40-da $0,17 (0,22%) azalaraq bir barelə $76,31-a düşüb. Fevralın 20 - də keçirilən hərracların nəticələrinə görə, Brent-in aprel fyuçersləri $0,44 (0,58%) artaraq bir barelə $76,48-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin aprel fyuçersləri saat 09:40-da $0,16 (0,22%), bir barel üçün $72,32-a düşüb. 20 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin aprel fyuçersləri $0,38 (0,53%) artaraq bir barel üçün $72,48-a yüksəlib.

Bu həftə Brent markalı neft artıq 2,10%,  WTI nefti isə 2,28% bahalaşıb.