"Lukoyl" Misirin şərqində neft hasilatında iştirak edəcək

17:02 - 10.02.2025


10 fevral, Fineko/abc.az. Misir hökuməti Rusiyanın "Lukoyl" şirkətinə Süveyş körfəzinin qərb sahilindəki neft yataqlarının işlənməsində ixtisaslaşmış konsessiyada iştirak etmək hüququ verib.

ABC.AZ xəbər verir ki, bu barədə Misir neft və Mineral Ehtiyatlar Nazirliyinin rəsmi Egypt Upstream Gateway (EUG) portalında deyilir.

Rusiya şirkəti, Hurqadanın qərbində yerləşən Cənubi Vadi-es-Sahl konsessiya sahəsinin inkişafında iştirak edəcək.

"Lukoyl" artıq Misirdə bir sıra neft-qaz layihələri həyata keçirir. Xüsusilə, şirkət 50% payı olan WEEM Extension layihəsinin operatorudur, Meleya layihəsində (payı - 24%), West Esh El-Mallaha 50% payı ilə iştirak edir.