17:12 - 4.02.2025
4 fevral, Fineko/abc.az. Azərbaycan qazının Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə və Avropaya nəqlinin ümumi həcmi 75 milyard kubmetrə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə TANAP konsorsiumunun məlumatında bildirilib.
“Bu günə qədər Cənub Qaz Dəhlizinin əsas komponenti olan TANAP vasitəsilə nəql edilən qazın ümumi həcmi tədarüklərin başlanğıcından bəri 75 milyard kubmetr təşkil edib. Türkiyə və Azərbaycan qardaşlığının rəmzi olan TANAP ilə qaz tədarükü fasiləsiz davam edir”, – konsorsium bildirir.
13 Avqust 2026
13 Avqust 2026