09:47 - 27.01.2025
24 yanvar, Fineko/abc.az. Etalon markaların qiyməti bazar ertəsi keçirilən hərracda aşağı düşür.
Saat 09:40-da ICE Futures birjasında Brent markalı neftin qiyməti $0,66 (0,84%) azalaraq bir barelə $77,84-a düşüb. 24 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri $0,21 (0,27%) artaraq bir barel üçün $78,50-a yüksəlib.
Saat 09:40-da NYMEX əmtəə birjasının ticarətində WTI neftinin mart fyuçersləri $0,63 (0,84%), bir barel üçün $74,03-a düşüb. 24 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,04 (0,05%), bir barelə $74,66-a yüksəlib.
Ötən həftə Brent markalı neft 2,83%, WTI isə 3,53% ucuzlaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026