İsrail kiber şirkətləri 4 milyard dollar cəlb edib

17:04 - 7.01.2025


7 yanvar, Fineko/abc.az. İsrailin kibertəhlükəsizlik şirkətləri 2024-cü ildə 4 milyard dollar cəlb edib ki, bu da 2023-cü illə müqayisədə iki dəfədən çoxdur.

ABC.AZ xəbər verir ki, bu işdə əsas rolu bulud texnologiyalarını, eləcə də süni intellekt sahəsində sürətli artımı qorumaq istəyən şirkətlər oynayıblar.

Kibertəhlükəsizlik, iqtisadi fəaliyyətin 20%-ni, iş yerlərinin 16%-ni və ixracın yarısından çoxunu təmin edən iqtisadi artımın əsas drayveri olan İsrailin yüksək texnologiyalar sektorunun sürətlə böyüyən bir hissəsinə çevrilib.