09:25 - 11.12.2024
11 dekabr, Fineko/abc.az. Çərşənbə günü ticarətdə etalon markaların qiymətləri yüksəlir.
Brent markalı neftin fevral fyuçersi ICE Futures birjasında saat 09:19-da $0,37 (0,51%) artaraq bir barelə $72,56-a yüksəldi. Dekabrın 10-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,05 (0,07%) artaraq bir barelə $72,19-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersi saat 09:19-da $0,38 (0,55%) artaraq bir barelə $68,97-a yüksəldi. 10 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,22 (0,32%) – bir barelə $68,59-a yüksəldi.
13 Avqust 2026
13 Avqust 2026