10:34 - 4.12.2024
4 dekabr, Fineko/abc.az. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
ABC.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,86 ABŞ dolları və ya 2,5% artaraq 76,05 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,19 dollar təşkil edib.
12 Avqust 2026