09:25 - 3.12.2024
3 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti artır.
Saat 09:21-də ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti $0,13 (0,18%) artaraq bir barel üçün $71,96-a yüksəldi. Dekabrın 2-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,01 (0,01%) azalaraq bir barel üçün $71,83-a enib.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin saat 09: 21-də $0,05 (0,07%) artaraq bir barel üçün $68,15-a yüksəldi. 2 dekabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,10 (0,15%) – bir barel üçün $68,10-a yüksəldi.
13 Avqust 2026
13 Avqust 2026