Rusiya və İran robotlar üçün AI alqoritmlərini birlikdə hazırlayacaqlar

14:16 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika İnstitutu və İran elm və Texnologiya Universiteti (IUST) robot sistemləri üçün müasir idarəetmə alqoritmlərini birlikdə hazırlayacaqlar. 

ABC.AZ xəbər verir ki, MDU Tədqiqat İnstitutunun ümumi mexanika laboratoriyasının aparıcı mühəndisi Anton Roqaçov deyib ki, gənc alimlərin IV Konqresi çərçivəsində alimlərin əməkdaşlığı universitetlərin bağladığı sazişin bir hissəsi olacaq.

Alim qeyd edib ki, iranlı tədqiqatçılar MDU-nun mütəxəssisləri tərəfindən hazırlanmış balanslayan iki təkərli robot və "Mors" addımlayan robot üçün yeni idarəetmə alqoritmlərini sınaqdan keçirməyi planlaşdırırlar. Gələcəkdə bu platformalar mədənləri, sənaye sahələrini, tikinti sahələrini və elektrik stansiyalarını izləyən robot nəzarətçiləri, ofisiantlar və ya supervayzer robotlar yaratmaq üçün əsas ola bilər.