10:20 - 22.10.2024
22 oktyabr, Fineko/abc.az. "Türkiyənin qaz sahəsində tərəfdaşları ilə səmərəli əməkdaşlıq qurulub. Qara dənizin dibi ilə Mavi axın və Türk axını boru kəmərləri sabit fəaliyyət göstərir. Kazandakı görüş çərçivəsində dövlət başçıları Türkiyə ərazisində beynəlxalq qaz mərkəzinin yaradılması layihəsinə də toxunacaqlar".
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Putin və Ərdoğanın görüşü çərşənbə günü keçiriləcək.
Mətbuat xidmətindən bildirilib ki, Rusiya və Türkiyənin çoxşaxəli əməkdaşlığı bütün əsas istiqamətlər üzrə dinamik inkişaf edir, tərəfdaşlıq və qarşılıqlı faydalı xarakter daşıyır.
13 Avqust 2026
13 Avqust 2026