17:00 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Hindistan şirkətinin rəsmi açıqlamasında bildirilir.
Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq. (Report)
18 Avqust 2026