Brent neftinin qiyməti 91,87 dollara yüksəlib – Əsas amillər nədir?

09:25 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Cüməşənbə günü səhər əməliyyatlarında neft qiymətləri sabit-artımlı dinamika nümayiş etdirib.

"Brent" markalı xam neftin qiyməti 0,3% artaraq 91,87 dollara, "WTI" nefti isə 85,81 dollar səviyyəsinə çatıb. Bazarda qiymətlərin bahalaşmasına Yaxın Şərqdəki gərginlik, ABŞ-İran münaqişəsi və Hürmüz boğazında dəniz daşımalarının təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənliklər dəstək verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İranla bütün maliyyə-iqtisadi əməliyyatları dayandırması regiondakı gərginliyi daha da artırıb. Bununla yanaşı, ABŞ Energetika İnformasiyası Administrasiyasının (EIA) məlumatına görə, ölkədə xam neft ehtiyatlarının 600 min varil azalması gözlənildiyi halda, 4,4 milyon varil artması qiymətlərin daha kəskin yüksəlməsinin qarşısını alaraq bazara təzyiq göstərir.