Azərbaycanda inflyasiya proqnozu artırıldı

12:32 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Bu il Azərbaycanda orta illik inflyasiyanın əvvəlcədən proqnozlaşdırılan 4,8% yox, 5,7% olacağı gözlənilir.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində bildirilir.

Sənədə əsasən, cari ilin ötən dövründə faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə və ərzaq qiymətləri, bunun idxal qiymətlərinə təsiri, eləcə də tənzimlənən mal və xidmət tariflərindəki dəyişikliklər nəzərə alınaraq orta illik inflyasiya proqnozu artırılıb.