Rumıniyaya neft ixracımız 522 milyon dolları keçdi — Həcm 20% artıb

11:33 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 821 min 311 ton xam neft ixrac edib.

Göndərilən məhsulun ümumi dəyəri 522 milyon 201 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rumıniyaya neft ixracının həcmi 19,7%, dəyəri isə 38,1% artıb. Rumıniyanın Azərbaycanın ümumi neft ixracındakı payı 6,45% olub.

Hesabat dövründə Azərbaycan cəmi 8 milyard 32 milyon 903 min dollar dəyərində 12 milyon 722 min ton xam neft və neft məhsulları ixrac edib. Ümumilikdə 7 ayda ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar olub ki, bunun da 19 milyard 336 milyon dollarını ixrac, 9 milyard 881 milyon dollarını isə idxal təşkil edib.